Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. UEFA-nın mənzil-qərargahında keçirilən mərasimdə komandaların rəqibləri müəyyənləşib.
Püşk turnirin son qalibi "Liverpul"u "Atletiko" ilə üz-üzə qoyub. Xosep Qvardiolanın çalışdırdığı "Mançester Siti" "Real"la qarşılaşmaq imkanı əldə edibsə, "Barselona" "Napoli"ni sınağa çəkəcək. Elə "Çelsi" - "Bavariya" oyunu da maraqla gözlənilir. PSG-nin baş məşqçisi Tomas Tuxel isə 1/8 finalda sabiq komandası "Borussiya"nın öhdəsindən gəlməyə çalışacaq.
Çempionlar Liqası
1/8 final
"Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)
"Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
"Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya)
"Atletiko" (İspaniya) - "Liverpul" (İngiltərə)
"Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya)
"Lion" (Fransa) - "Yuventus" (İtaliya)
"Tottenhem" (İngiltərə) - "Leyptsiq"
(Almaniya) "Napoli" (İtaliya) - "Barselona" (İspaniya)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.